Yəməndə qarşıdurmalar davam edir

Әdәn şәhәrindә Prezident aparatının ətrafındakı Huti hәdәflәrinә bomba yağdırıblar.

237409
Yəməndə qarşıdurmalar davam edir

Yəməndə Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin 26 Martda başlatdığı “Dayanıqlılıq Əməliyyatı” davam edir.
Koalisiya qüvvәlәrinә mәxsus qırıcı təyyarələr, Әdәn şәhәrindә Prezident aparatının ətrafındakı Huti hәdәflәrinә bomba yağdırıblar.
Avia hücumlarında 8 nəfər həyatını itirərkən, bir çox şəhərdə xüsusilə dağlıq bölgələrdə Hutilәrlә güclü qarşıdurmalar baş verir.
Ölkənin şimalındakı Hutilərə ağır zərbə vurmağa çalışan Səudiyyə Ərəbistanı, bölgəd hәrbi texnika yerlәşdirir vә qarşıdurmaların davam etdiyi digər bölgələrdəki quru və dəniz qüvvәlәrini dә möhkәmlәşdirir.
Qeyd edәk ki, Türk Hava Yolları aviaşirkәti Yəməndəki qarşıdurmalar və yaşanan siyasi qarışıqlılıq səbəbiylə, Sәna və Әdәn şәhәrlәrinә reyslәrin 1 İyuna qədər ləğv edildiyini bildirib.
Digər tərəfdən, BMT Baş katibinin Yəmən üzrә xüsusi nümayәndәsi Cәmal bin Ömər istefa mәktubunu baş katib Pan Gi Muna tәqdim edib.

 

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr