İŞİD mövqelәri darmadağın edilib

“İŞİD”-in İraq və Suriyadakı mövqelərinə hava zərbəsi endirilib.

198873
İŞİD mövqelәri darmadağın edilib

ABŞ-nın Hərbi Hava Qüvvələri müttəfiqlərin iştirakı ilə üç gün ərzində “İraq Şam İslam Dövləti” terrorçu qruplaşmasının İraq və Suriya ərazisindəki mövqelərinə 30 hava zərbəsi endirib. Həmçinin Suriyada “Əl Qaidə”-yə yaxın “Xorasan” qruplaşmasının hərbi anbarları bombalanıb. Məlumata görə, koalisiya Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhəri də daxil olmaqla 6 zərbə endirilib. İraqda isə “İŞİD”-in Kərkük və Mosul şəhərlərindəki mövqelərinə 24 hava zərbəsi endirilib. Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələr endirir. İraqdakı əməliyyatlarda Avstraliya, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Niderland və Fransanın, Suriyada isə Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hərbi təyyarələri iştirak edir

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr