Bütün kimyǝvi silahlar çıxarılıb

Ölkǝdǝn kǝnarda mǝhv edilmesi qǝrara alınan bütün kimyǝvi silahların Suriyadan çıxarıldığı bildirilib.

104944
Bütün kimyǝvi silahlar çıxarılıb

Ölkǝdǝn kǝnarda mǝhv edilmesi qǝrara alınan bütün kimyǝvi silahların Suriyadan çıxarıldığı bildirilib.
Kimyəvi silahların ləğvini həyata keçirən beynəlxalq təşkilat bildirib ki, kimyəvi silahların son hissǝsi dǝ məhv edilmək məqsədilə Suriyadan çıxarılıb.
Təşkilatın rəhbəri Ahmet Üzümcü deyib ki, son gəmi limanı bu günlərdə tərk edib.
Suriyada kimyəvi silahların tam ləğvi iyunun 30-dək başa çatdırılmalıdır.
Dǝniz yolu ilǝ İtaliyadakı bir limana daşınan kimyǝvi maddǝlǝr orda ABŞ-ın tǝmin etdiyi Cape Ray adlı gǝmiyǝ yüklǝnǝrǝk dǝniz sularında mǝhv edilǝcǝk. Kimyǝvi maddǝlǝrin bir hissǝsinin isǝ Almaniya, Finlandiya vǝ İngiltǝrǝyǝ maxsus obyektlǝrdǝ mǝhv edilmǝsi nǝzǝrǝ alınıb.
Xatırladaq ki, kimyǝvi silahların mǝhv edilmǝsi işi 40 milyon avroya başa gǝlǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr