FHN-in Türkiyedə olan ikinci mobil səhra hospitalı Azərbaycana qayıdıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyeyə göndərilmiş ikinci mobil səhra hospitalı zəlzələ bölgəsində yerli tibbi infrastrukturunun bərpası nəzərə alınaraq, bu gün Bakıya qayıdıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyedə güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyeyə göndərilmiş ikinci mobil səhra hospitalı zəlzələ bölgəsində yerli tibbi infrastrukturunun bərpası nəzərə alınaraq, bu gün Bakıya qayıdıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Kahramanmaraş rayonunda qurulmuş, zəruri tibbi ləvazimatlar, dərman və preparatlarla təchiz olunmuş 2 ədəd mobil səhra hospitalında ümumilikdə 684-ü uşaq olmaqla, 3123 nəfər zərərçəkmişə yüksək səviyyəli tibbi xidmət göstərilib.
Әlaqәli Xәbәrlәr
Qazaxın dörd kəndi Azərbaycana qaytarıldı
Qazax şəhərinin Ermənistan tərəfindən işğal olunmuş 4 kəndi Azərbaycana qaytarılıb.
Qıbrızlılar Qarabağ torpağını – Şuşa, Xocalı və Ağdamı ziyarət etdilər
Onları Azərbaycandan olan şəhid ailələrinin üzvləri müşayiət ediblər