Ərdoğan: "Ekoloji şüurunun cəmiyyətimizdə yüksəlməsi üçün ciddi səylər göstəririk"

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiye Ətraf Mühit Həftəsi münasibətilə keçirilən 9 Millət Bağçanın açılış mərasimində çıxış edib.

1997191
Ərdoğan: "Ekoloji şüurunun cəmiyyətimizdə yüksəlməsi üçün ciddi səylər göstəririk"

"Ekoloji şüurunun cəmiyyətimizdə yüksəlməsi üçün ciddi səylər göstəririk".

Bunu prezident Rəcəb Tayyib Ərdoğan Türkiye Ətraf Mühit Həftəsi münasibətilə keçirilən 9 Millət Bağçanın açılış mərasimində canlı bağlantı ilə etdiyi çıxışda deyib. 

"Bizim dünyagörüşümüzün əsasını təbiətə inam kimi baxmaq təşkil edir. Ekoloji maarifləndirmənin cəmiyyətimizdə kök salması üçün böyük səylər göstəririk. Builki Ətraf Mühit Həftəsinin mövzusunu "Təmiz dünya, təmiz dəniz" olaraq təyin etdik. Birləşmiş Millətlər Təşkilatı tərəfindən 30 martın sıfır tullantı günü kimi qeyd olunmasını təmin etdik. Bundan sonra da fəaliyyətlərimizi davam etdirəcəyik”, deyə dövlət başçısı qeyd edib. 

Ərdoğan "Millət bağçalarında işlərimizi daha da sürətləndiririk. Atatürk Hava Limanı Millət Bağçası ilə birlikdə 500 millət bağçamızı tamamladığımız zaman 81 şəhərin siması dəyişəcək" deyib.



Әlaqәli Xәbәrlәr