Prezident Ərdoğan "TCG Anadolu" gəmisində olub

Dünyanın ilk silahlı pilotsuz uçuş aparatı (SİHA) gəmisi "TCG Anadolu" mərasimlə Dəniz Qüvvələri Komandanlığına təhvil verildikdən sonra prezident Ərdoğan gəmini gəzib.

1973092
Prezident Ərdoğan "TCG Anadolu" gəmisində olub
erdogan tcg anadolu gemisi.jpg
erdogan tcg anadolu gemisinde.jpg

Dünyanın ilk silahlı pilotsuz uçuş aparatı (SİHA) gəmisi "TCG Anadolu" mərasimlə Dəniz Qüvvələri Komandanlığına təhvil verildikdən sonra prezident Rəcəb Tayyib Ərdoğan gəmini gəzib.

İstanbulun Tuzla bölgəsində gəmidə tədqiqat apadar dövlət başçısı göyərtədə uçuş-enmə zolağındakı pilotsuz milli döyüş təyyarəsi “Kızılelma”nı da yoxlayıb.

Ərdoğan “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar an "Kızılelma"nın gəmidən ilk uçuş tarixini soruşub.

“Gəmidən uçuş dəstəyi davam edir. Ümid edirəm ki, eniş-qalxış 2025-ci ildə olacaq”, -deyə S.Bayraktar qeyd edib. 

Daha sonra Ərdoğan "Kızılelma" qarşısında xatirə şəkli çəkdirib.

Prezident kapitan bölməsində qonaqlar üçün hazırlanan xatirə dəftərini də  imzalayıb.

Ərdoğan sosial media hesabında etdiyi paylaşımda isə,
"Dünyanın ilk SİHA gəmisi "TCG Anadolu"nu rəsmi olaraq istismara verdik. Bizə bu qüruru yaşadan və bu böyük uğurda əməyi olan hər kəsə təşəkkür edirəm" deyib.

Qeyd edək ki, dünyada bu miqyasda gəmiləri olan 12 ölkə var. "TCG Anadolu"nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Maksimum yükdəyişmə qabiliyyəti 27 min 436 ton olan gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir.

Gəminin uçuş göyərtəsinə 10 helikopter və ya 11 PUA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 PUA daşına bilər. Gəmi 1223 şəxsi heyəti qəbul edəcək.



Әlaqәli Xәbәrlәr