Mustafa Şentop Türkmənistan Milli Şura Baş Assambleyasında çıxış edib

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türkiye ilə Türkmənistan arasında əməkdaşlığın dünya sabitliyinə mühüm töhfələr verəcəyini vurğulayıb.

1907851
Mustafa Şentop Türkmənistan Milli Şura Baş Assambleyasında çıxış edib

Mustafa Şentop bunu Türkmənistanın paytaxtı Aşqabada reallaşdırdığı səfər çərçivəsində ölkənin Milli Şura Baş Assambleyasında çıxışı zamanı deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) təsis məqsədlərində nəzərdə tutulan missiyanı yerinə yetirməkdən çox uzaq olduğuna diqqət çəkən Şentop : “Keçən əsrin problem və ehtiyaclarına həll yolu tapmaq və cavabdeh olmaq məqsədi ilə yaradılan beynəlxalq sistemin aktyorları və qurumları bu günün tələbləri ilə ayaqlaşa və problemlərə həll yolu tapa bilmir. Azərbaycan, Gürcüstan və Ukraynada cərəyan edən hadisələr sözügedən vəziyəti göz önünə sərir.

Bu proseslər BMT-də yeni beynəlxalq sistemin və yeni strukturun yaradılması zərurətini ortaya qoyur. Bu da ancaq regional əməkdaşlıq, beynəlxalq həmrəylik və əməkdaşlıq ilə mümkün ola bilər”.

Türkiyə və Türkmənistan arasındakı güclü əməkdaşlığın dünyanın sabitliyinə mühüm töhfələr verəcəyini ifadə edən Mustafa Şentop həmçinin qeyd edib ki, beynəlxalq təhlükəsizliyin, firavanlığın və sülhün təmin edilməsi üzrə lazımlı öhdəlikləri üzərinə götürən və onları layiqincə yerinə yetirməyə çalışan ölkələrimizin birliyi təkcə regionun deyil, bütün dünyanın təhlükəsizliyinə və sabitliyinə töhfə verəcək. Bu gün Tarixin seyri dəyişməyə başlayır, qlobal sistem yenidən qurulur, haqq, ədalət, insanlıq və Türk dövlətləri olaraq azadlıq tərəzisinin (ölçünün) bütün bəşəriyyətin mənafeyinə olacaq şəkildə yenidən balanslaşması uğrunda birgə addım atmalıyıq.

Türk dilli ölkələrin qlobal geosiyasət mərkəzinə çevrildiyinə diqqət çəkən Böyük Millət Məclisinin sədri Şentop Türkiye və Türkmənistan parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu da sözlərinə əlavə edib.


Etiketlәr: #Mustafa Şentop

Әlaqәli Xәbәrlәr