İstanbulda Türk Dövlətləri Təşkilatının növbədənkənar iclası keçiriləcək

Oktyabrın 17-də (bu gün) İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçiriləcək.

1893453

İclasda TDT-nin gündəliyində duran prioritet məsələlərlə yanaşı, bu il noyabrın 11-də Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısına hazırlıq məsələləri müzakirə olunacaq.

Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, eləcə də müşahidəçi ölkələr olan Macarıstan və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı gözlənilir.

TDT Xarici İşlər Nazirləri Şurası sonuncu dəfə yanvarın 11-də Qazaxıstanın gündəliyi ilə onlayn iclas keçirib.

Әlaqәli Xәbәrlәr