Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (6 aprel 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1808347
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (6 aprel 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 38 yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 141 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 143 nəfər müalicə olunaraq sağalıb, 9 mın 701 nəfər vəfat edib. Aktiv xəstə sayı 297 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 230, bu günə qədər isə ümumilikdə 6 milyon 726 min 560 test icra olunub.

Aprelin 6-da Azərbaycanda yeni növ koronavirus infeksiyası əleyhinə 10 min 301 doza vaksin vurulub.

Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 601, ikinci doza vaksinlərin sayı - 823, üç və daha çox doza vaksinlərin sayı – 8 min 282, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 595-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 513 min 935, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 328 min 620, ikinci mərhələ üzrə 4 milyon 829 min 985, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 123 min 615, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 231 min 715-dir.



Әlaqәli Xәbәrlәr