Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 mart 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1799407
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 mart 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 29 yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 min 511 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 57 nəfər müalicə olunaraq sağalıb, 9 mın 659 nəfər vəfat edib. Aktiv xəstə sayı 795 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 506, bu günə qədər isə ümumilikdə 6 milyon 668 min 546 test icra olunub.

Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 0, ikinci doza vaksinlərin sayı - 0, üç və daha çox doza vaksinlərin sayı – 5, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 2-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 368 min 489, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 319 min 389, ikinci mərhələ üzrə 4 milyon 814 min 484, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 10 min 297, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 224 min 319-dur.



Әlaqәli Xәbәrlәr