Tokayev Putin və Zelenski ilə telefonla danışıb

Qazaxıstan prezidenti Kasım Jomart-Tokayev Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə ayrı-ayrılıqda telefonla danışıb.

1789172
Tokayev Putin və Zelenski ilə telefonla danışıb

Qazaxıstan prezidenti Kasım Jomart-Tokayev Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə ayrı-ayrılıqda telefonla danışıb.

Tokayev Putinlə telefon daşığı barədə açıqlamasında “Putinlə ticarət və iqtisadi inkişaf haqqında danışdım. Ukraynadakı vəziyyətlə bağlı olaraq, danışıqlar masası arxasında təcili razılıq əldə edilməsinin vacibliyini vurğuladım" ifadələrindən istifadə edib.

Tokayev Zelenski ilə telefon danışığı barədə isə deyib ki, Zelenski ilə Ukraynadakı vəziyyətlə bağlı danışdım. (Zelenski) Ukraynada daha çox düşmənciliyin qarşısını almaq və yatırılması üçün danışıqlar yolu ilə razılığın əldə edilməsinin vacibliyini vurğuladı. Biz humanitar sahədə əməkdaşlıq haqqında razılığa gəldik.

Tokayev dünən Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə bağlı bəyanat verib.

“30 il əvvəl Qazaxıstan BMT-nin tamhüquqlu üzvü oldu. Qlobal təhlükəsizlik və vahid cəmiyyət quruculuğu üzrə BMT ilə səmərəli əməkdaşlığımız var. Geosiyasi gərginliyin artması fonunda BMT-nin gücləndirilməsi və konsolidasiya rolunun tərəfdarıyıq”, - o deyib.

Xatırladaq ki, BMT Baş Assambleyasının dünənki səsverməsində Qazaxıstan fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiyanın qınanmasına dair bitərəf səs verib.



Әlaqәli Xәbәrlәr