Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 fevral 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1781719
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 fevral 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 2685 yoluxma faktı qeydə alınıb, 6558 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 774 min 394 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 734 min 386 nəfər müalicə olunaraq sağalıb, 9 min 235 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 773 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 629, bu günə qədər isə ümumilikdə 6 milyon 485 min 357 test icra olunub.

Fevralın 20-də Azərbaycanda yeni növ koronavirus  infeksiyası əleyhinə 30 min 796 doza vaksin vurulub.

Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 2196, ikinci doza üzrə 1389, üç və daha çox doza vaksinlərin sayı 25233, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 1978-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 787 min 590, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 285 min 327, ikinci mərhələ üzrə 4 milyon 774 min 963, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 533 min 318, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 193 min 982-dir.



Әlaqәli Xәbәrlәr