Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 fevral 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1774872
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 fevral 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 4680 yoluxma faktı qeydə alınıb, 2134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 703 min 334 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 648 min 512 nəfər müalicə olunaraq sağalıb, 8 min 898 nəfər vəfat edib. Aktiv xəstə sayı 45 min 924 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 442, bu günə qədər isə ümumilikdə 6 milyon 278 min 899 test icra olunub.

Fevralın 7-də Azərbaycanda 59 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, “buster” doza ilə peyvənd olunanların sayı isə 58 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 218 min 614, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 248 min 383, ikinci mərhələ üzrə 4 milyon 752 min 395, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 217 min 836-dır.



Әlaqәli Xәbәrlәr