Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 fevral 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1773005
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 fevral 2022)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 6 113 yeni yoluxma faktı qeydə alınıb, 3 267 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 676 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 633 994 nəfər müalicə olunaraq sağalıb, 8 797 nəfər vəfat edib, aktiv xəstə sayı 33 635 nəfərdir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 272, ötən müddət ərzində isə ümumilikdə 6 208 402 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 38436 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1921, buster doza üzrə vaksinasiya olunanların sayı isə 33435 nəfərdir.Ölkədə vurulan vaksinlərin ümumi sayı 12114431, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5239838, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4746927, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2127666 təşkil edir.



Әlaqәli Xәbәrlәr