Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (31 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1771078
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (31 yanvar 2022)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 2 186 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronaviris üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 658 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 625 023 nəfər müalicə olunaraq sağalıb, 8 734 nəfər vəfat edib, aktiv xəstə sayı 24 713 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 232, ötən müddət ərzində isə ümumilikdə 6 156 388 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 18 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunan olmayıb.İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, buster doza üzrə vaksinasiya olunanların sayı isə 13 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 000 767, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 230 388, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 742 174, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 028 205 təşkil edir.



Әlaqәli Xәbәrlәr