Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (11 avqust 2021)

Azərbaycanda koronavirus infeksiyasına 2396 yeni yoluxma faktı qeydə alınıb,

1689582
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (11 avqust 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 2396 yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 357 min 58 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 336 min 445 nəfər müalicə olunaraq sağalıb, 5 min 95 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 518 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 792, bu günə qədər isə ümumilikdə 4 milyon 147 min 588 test icra olunub.

Avqustun 11-də Azərbaycanda 65 min 269 nəfər yeni növ koronavirus  infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 min 380, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 min 889 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 543 min 311, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 243 min 487, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 299 min 824 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr