Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (6 avqust 2021)
Azərbaycanda koronavirus infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb.
![Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (6 avqust 2021)](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/5630/3d64/d3c6/607a7a4958871.jpg?time=1718811871)
Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına 1242 yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 349 min 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 334 min 258 nəfər müalicə olunaraq sağalıb, 5051 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 7 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 819, bu günə qədər isə ümumilikdə 4 milyon 94 min 565 test icra olunub.
Avqustun 6-da Azərbaycanda 60 min 68 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 min 741, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 min 327 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 311 min 119, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 91 min 301, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 219 min 818 nəfər təşkil edir.
Әlaqәli Xәbәrlәr
![Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir](http://cdn.trt.net.tr/images/medium/rectangle/f927/6685/c0fc/667169b65a2a6.jpg?time=1718811872)
Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir
BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk toplantıda çıxış edərək deyib ...