Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 iyul)

Azərbaycanda koronavirus infeksiyasından daha 71 nəfər müalicə olunaraq sağalıb.

1674743
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 iyul)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 71 nəfər müalicə olunaraq sağalıb, 133 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 337 min 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 873 nəfər müalicə olunaraq sağalıb, 4988 nəfər vəfat edib. Aktiv xəstə sayı 1595 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 867 min 916 test aparılıb. Bugünkü test sayı isə 9365-dir.

İyulun 13-də Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 50 min 784 doza vaksin vurulub.

Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 19 min 371, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 31 min 413 nəfər olub.

Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 159 min 298-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 494 min 551, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 664 min 747 nəfərdir.

 



Әlaqәli Xәbәrlәr