Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 dekabr)

Azərbaycanda son 24 saat ərzindv 3 min 28 nəfər "Covid-19"dan sağalıb, min 505 nəfər yoluxub, 43 nəfər vəfat edib

1549295
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 dekabr)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına min 505 yeni yoluxma faktı qeydə alınıb, 3 min 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 203 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 142 min 807 nəfər müalicə olunaraq sağalıb, 2 min 253 nəfər vəfat edib, aktiv xəstə sayı 58 min 533 nəfərdir.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 383, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 73 min 137 test aparılıb.



Әlaqәli Xәbәrlәr