Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb

Məlumatda deyilir: ''Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib''.

1527637
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin meyitinin toplanılması həyata keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir: ''Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib''.

Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun 6 hərbi qulluqçusunun meyiti təhvil alınıb.

Qeyd edək ki, Şuşa şəhəri noyabrın 8-də işğaldan azad edilmişdi.



Әlaqәli Xәbәrlәr