Azәrbaycan ordusu Ermәnistanın canlı qüvvәsini mәhv edib

Azәrbaycan ordusu torpaqlarını işğaldan azad etmәk üçün hәyata keçirdiyi әmәliyyat nәticәsindә Ermәnistana mәxsus bir hәrbi konvoyu mәhv edib.

1519822
Azәrbaycan ordusu Ermәnistanın canlı qüvvәsini mәhv edib

Azәrbaycan ordusu torpaqlarını işğaldan azad etmәk üçün hәyata keçirdiyi әmәliyyat nәticәsindә Ermәnistana mәxsus bir hәrbi konvoyu mәhv edib.

Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn açıqlamada  oktyabrın 31-dә yerli vaxtla saat 17.00-da Xocavәnd istiqamәtindә Ermәnistan ordusuna aid bir konvoyun tәsbit edildiyi bildirilib.

Açıqlamada konvoyun eyni anda hәm havadan, hәm dә top mәrmisi ilә vurulduğu vurğulanıb.

Ermәnistan ordusuna mәxsus  bәzi avtomobillәrin mәhv edildiyi, hәrbi personalının da zәrәsizlәşdirildiyi bildirilib.

Vurulan konvoyda Dağlıq Qarabağdakı dırnaqarası rәhbәrliyin sәdri Arayik Harutyunyanın da olduğu vurğulanıb.

Qeyd edәk ki, Ermәnistanın canlı güvvәsinin mәhv edilmәsinin videogörüntülәri dә paylaşılıb.

Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn başqa bir bәyanatda isә Ermәnistana aid bir SU-25 döyüş tәyyarәsinin daha vurulduğu bildirilib.


 


 



Әlaqәli Xәbәrlәr