"Türk xalqına sevgim sirr deyil", İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın hücumlarına qarşı ölkəyə dəstək verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək "Türk xalqına sevgim sirr deyil" deyib

1459421
"Türk xalqına sevgim sirr deyil", İ.Əliyev

 

  Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın hücumlarına qarşı ölkəyə dəstək verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək "Türk xalqına sevgim sirr deyil" deyib.

  Şəhid ailələri və qazilərə dövlət tərəfindən ev və avtomobillərin verildiyi mərasimdə çıxışında Ermənistan ordusunun 12 iyuldan ölkəyə hücumlarına toxunan İ.Əliyev bu mövzuda Azərbaycana ilk dəstəyin Türkiyədən gəldiyini bu sözlərlə ifadə edib: “Ərdoğan Azərbaycana açıq şəkildə dəstək göstərdi, yanımızda olduğunu təkrar etdi, iki qardaş ölkənin birlikdə mübarizə aparacağını dedi. Bu dəstək üçün qardaşıma dərin təşəkkürümü bildirirəm. Son günlər tez-tez danışırıq. Mənə zəng edir, dəstəyini dilə gətirir, şəhidlərimizə başsağlığı diləyir, sona qədər birlikdə olacağımızı söyləyir.

  Türkiyə və Azərbaycan qədər bir-birinə bu qədər yaxın başqa ölkə yoxdur. Mənim hər vaxt dostum və qardaşım Ərdoğana böyük hörmətim var. Türk xalqına sevgim sirr deyil. Eyni zamanda, Türkiyənin digər yüksək vəzifəli məmurları - müdafiə naziri, xarici işlər naziri və millət vəkilləri də Azərbaycana tam dəstəklərini ifadə edirlər. Təşəkkürümü bildirirəm."



Әlaqәli Xәbәrlәr