Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclası başa çatıb
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər nazirləri Şurasının növbədənkənar iclası Bakıda keçirildi.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər nazirləri Şurasının növbədənkənar iclası Bakıda keçirildi.
İclasda Fəxri Prezidentin statusunun müəyyənləşdirilməsi, təşkilata üzv olmayan ölkələr, habelə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
İclasda Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə edilib.
XİN başçıları üzv ölkələr arasında iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, təşkilat daxilində birliyin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Təşkilatın perspektivlərini müəyyən edən “Türk Şurası 2025” adlı yeni strategiya da müzakirə edilən məsələlər arasında öz yerini tutub.
Qeyd edək ki, iclasda Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov, Qırğızıstanı xarici işlər naziri Çingiz Aydarbekov, Qazaxıstanı xarici işlər naziri Muxdar Tleuberdi, Özbəkistanı xarici işlər naziri Əbdüləziz Kamilov və Türk Şurasının baş katibi Baghdad Ümryeyev təmsil edib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirdiyi görüşlər çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov və Türk Şurasının baş katibi Baghdad Amryeyev ilə ikili görüşlər keçirib.
Әlaqәli Xәbәrlәr
Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir
BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk toplantıda çıxış edərək deyib ...