Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının zirvə toplantısı sabah Qırğızıstanda keçiriləcək

Qırğızıstanda sabah Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının zirvə toplantısı keçiriləcək.

1217984
Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının zirvə toplantısı sabah Qırğızıstanda keçiriləcək

Qırğızıstanda sabah Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının zirvə toplantısı keçiriləcək.

Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sədri Qırğızıstan prezidenti Sooronbay Jeenbekov başçılığındakı üzv ölkə liderlərinin zirvə yığıncağında Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Pakistan dövlət başçısı, Hindistan isə baş nazir səviyyəsində təmsil ediləcək.

Əfqanıstan, Belarus, İran və Monqolustan liderləri də zirvədə müşahidəçi olaraq iştirak edəcəklər.

Təşkilatın inkişafı ilə yanaşı, üzv ölkələri maraqlandıran regional və beynəlxalq məsələlər müzakirə ediləcək və təşkilatın Bişkek bəyannaməsi qəbul ediləcəkdir.

Zirvə yığıncağının əmin-amanlığı üçün təqribən 5 min təhlükəsizlik işçisi vəzifədə olacaq. Qırğızıstan Çindən avtobus, cip və zirehli polis maşını, Rusiyadan 5 zirehli maşın, mikroavtobus və 2 MI-8 helikopter aldı.

Bölgədə sülh, təhlükəsizlik və sabitliyin birgə təmini və davamlı olması və ölkələr arasında qarşılıq etimad və yaxşı qonşuluq əlaqələrinin inkişafını nəzərdə tutan ŞƏT Rusiya, Çin, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə Çinin Şanxay şəhərində 15 iyun 2001-ci ildə Şanxayda rəsmi olaraq quruldu.

Təşkilata 16 il sonra Hindistan və Pakistan qatıldı, bununla da təşkilata üzv ölkə sayı 8-ə yüksəldi.

Türkiyə, keçən illərdə ŞƏT-yə Dialoq Tərəfdaşı olaraq qatılmışdı.



Әlaqәli Xәbәrlәr