İbrahim Kalın:‘‘2016-cı ildә çox qan axdı’’

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalının “Daly Sabah” qəzetində yer tutan məqaləsi

641697
İbrahim Kalın:‘‘2016-cı ildә çox qan axdı’’

2016-cı il  dünya üçün kәdәr dolu il oldu. Qlobal terrorizm, vәtәndaş  müharibələri, qaçqın böhranı, məzhəb münaqişələri, geosiyasi güc aksiyaları, böyüyən iqtisadi bərabərsizlik və beynəlxalq ictimaiyyәtin  qlobal problemlәr qarşısındakı  uğursuzluğu,  məsum həyatların tənəzzülə uğramasına, yoxsulların və əzilənlərin öz talelərinə tərk edilməsinә sәbәb oldu.

Әgәr 2017-ci ildә belә hadisәlәrin yaşanmamasını istәyiriksә  insan heysiyyәtini qorumaqla  işә  başlamaq mәcburiyyәtindәyik.

Hazırda beynәlxalq sistem müәyyәn müddәtdir çöküb. BMT-nin  sistemi işləmir. Təcili islahata ehtiyacı olmasına baxmayaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bunu müzakirə etmək belə istəmirlər. Bəzi BMT orqanları yaxşı şeylər edirlər, amma bu hər zaman BMT bürokratiyası tərəfindən məhdudlaşdırmağa məruz qalır və lazımi  ehtiyacların ödənilməsinə kifayәt etmir.

ABŞ və Avropa, transatlantik alyansını  ayaqda tutan bu iki sütun  Suriya müharibəsi, İraqdakı xaos, qaçqın böhranı, Ukraynadakı qarşıdurmalar, qlobal terrorizm, kiber təhlükəsizlik, artan irqçilik, İslamafobiya və digər bir çox problemin qarşısını almaqda uğursuz oldu.

Digər tərəfdən  Avropa   gәlәcәyi  görmәkdә  çәtinlik çәkir.  Elan edilməmiş bir prinsip olaraq  Avropa paytaxtları heç bir əhəmiyyətli strateji qərarı Vaşinqtonun dəstəyi və liderliyi olmadan almırlar. Ötən son səkkiz il ərzində Obama rəhbərliyinin həyata keçirdiyi çox vaxt əsassız və qeyri-səmimi siyasəti nəzərə aldıqda  qlobal təhlükəsizlik vəziyyəti bütün müttəfiqlərin zərərinə olacaq şəkildə pisləşmişdir.

Trump rəhbərliyinin bu münasibәtlәri necə müzakirə edəcəyini və  qlobal güc tarazlığı yenidən qurularkən necə bir təsirinin olacağını birlikdə görəcəyik.

Digər tərəfdən gәlәcәyi görmә  və liderlik çatışmazlığı həmçinin Avropa İttifaqının Türkiyənin üzvlük prosesinə necə yanaşdığı, Schengen viza tətbiqinin aradan  qaldırılması və Türkiyə-Aİ  arasında әldә olunan miqrasiya müqaviləsi kimi mövzularda da aydın  hal almışdır.

PKK, DAİŞ və Gülençi  Terror Tәşkilatının  (FETÖ)  ölkənin sülh və sabitliyinə qarşı yaratdığı təhlükəsizlik təhdidlərini görməməzlikdən gələn Aİ bir tərəfdən Türkiyəyə demokratiya dərsi verməklə məşğuldu, digər tərəfdən terroru dәstәklәyәnlәrә  Avropanın qəlbində böyük  mövcudluq yaratmaları üçün icazə vermiş  lakin qaçqınlara laqeyd qalmışdı.

2017-ci ildә  bir çox Avropa ölkəsi artan irqçilik, qaçqın düşmәnçiliyi  və islamofobik qrupların olduğu dövrdә  seçkilәr keçirilәcәk.  

Türkiyə 2016-ci ildә  FETÖ-nun İyulun 15-dә hәyata keçirdiyi  dövlət çevrilişi cəhdini və DAİŞ və PKK-nın artan terror hücumlarının dəhşətli xatirəlәrini  geridə qoyur.

Türkiyənin Qərbli  və NATO müttəfiqləri bu terror  təhdidlərinә  qarşı Türkiyənin yanında güclü  şəkildə dayanmadılar. Məsələ qlobal terrorizm oluqda  İstanbul, Ankara, Bağdad, İslamabad, Paris, Nitse  ya da Brüssel arasında bir fərq olmur. Buna baxmayaraq  Türkiyə PKK terrorizminə qarşı mübarizədə avropalı dostlarından tam dəstək görməyib. PKK casusları Avropa şəhərlərində rahatca gəzmiş, pul toplamış, özünə yeni üzvlər toplamış, təbliğat apara bilmiş  və hətta milli məclislərə dəvət edilmişlər. PKK  Aİ tərəfindən terror təşkilatı kimi qәbul olunmasına  baxmayaraq  Avropa ölkələri PKK-ya  terror tәşkilatı kimi yanaşmırlar.  Bundan başqa  Türkiyənin son on il ərzində Kürd vətəndaşları üçün etdiklərini görməməzlikdən gələrək  bunun əvəzinə PKK-nın Kürd xalqının tələbləri kimi təqdim etdiyi təbliğat sözlərinə inanmağa üstünlük verirlәr.

Türkiyənin Suriyadakı DAİŞ-ә qarşı  apardığı  ‘‘Fərat Qalxanı’’ әmәliyyatına   da ABŞ rәhbәrliyindәki koalisiya qüvvәlәri  lazımi dəstəyi verməyib. Bunun əvəzinə Obama rəhbərliyi  PKK-nın Suriyadakı  qolu YPG- ni dəstəkləməyə və silahlandırmağa davam edir.

Bütün bunlara baxmayaraq Türkiyə  şərqi Hələbdən 45 min nəfərin İdlibә tәxliyyә edilmәsini tәmin etmişdir.

2016-cı ilin son günlərinin yəqin ki,  ən əhəmiyyətli və gələcək vəd edən xəbəri isə Rusiya-Türkiyə  rәhbәrliyindә  dekabrın 30-da  bütün Suriya әrazisindә qüvvәyә minәn  atəşkəs müqaviləsi olub.  Bu müqavilə Suriya rejimi və müxalifәt  nümayəndələrinin bir araya gələrək 6 ildir davam edən Suriya müharibəsinə siyasi  həll yolu  tapmaq üçün Astanada keçirilәcәk  danışıqlar  üçün lazım olan zəmini hazırlayacaq.

Astana prosesi BMT rəhbərliyindəki Cenevrə danışıqlarını əvəz etməkdən daha çox onu tamamlaması üçün nəzərdə tutulmuşdur.



Әlaqәli Xәbәrlәr