Türkiyə mətbuatı: 17 aprel 2024
Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.
''Yeni Şafak'': Rəcəb Tayyib Ərdoğan: ''Ərbilə gedə bilərəm''
Nazirlər Kabinetinin iclasından sonra Prezident İqamətgahında jurnalistlərlə söhbət edən prezident Rəcəb Tayyib Ərdoğan qarşıdakı günlərdə İraqa edəcəyi səfərin əhəmiyyətini vurğulayıb. Türkiye Prezidenti deyib: "Bir çox müqavilələr imzalanacaq. Mən Ərbilbilə də səfər edə bilərəm”.
''Sabah'': Qəzzaya 9-cu yardım gəmisi Mersindən yola düşdü
Türkiyə Qızıl Aypara Cəmiyyətinin Qəzza üçün hazırladığı 3 774 ton humanitar yardımın yükləndiyi gəmi dünən Mersin Beynəlxalq Limanından yola düşüb. Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz deyib:“İndiyədək Qəzzaya 13 təyyarə və 8 gəmi ilə humanitar yardım göndərilib. 9-cu gəmimizi göndərdik. Bu gəmi indiyə qədər bir səfərdə ən çox yardım materialı daşıyan gəmi olub".
''Hürriyet'': Türkiyənin ilk yerli müşahidə Peyki İMECE kosmosdakı ilk ilini uğurla başa vurdu
Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır Türkiyenin milli imkanlarla hazırlanmış müşahidə peyki olan İMECE-nin kosmosdakı ilk ilini başa vurduğunu açıqlayıb. Mehmet Fatih Kacır rəsmi internet səhifəsində etdiyi paylaşımda İMECE-nin orbitə çıxdığı andan etibarən missiyasını uğurla yerinə yetirdiyini bildirib.
''Star'': Azərbaycan prezidentiİlham Əliyev Türkiyə-Azərbaycan Universitetini rəsmən təsdiqləyib
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq çərçivəsində yaradılması planlaşdırılan Türkiyə-Azərbaycan Universitetini rəsmən təsdiqləyib.
''Vatan'': KEMANKEŞ 2 mini qanadlı raketin sınaq prosesinə start verildi
''Baykar'' şirkəti tərəfindən hazırlanmış yüksək texnologiyalı pilotsuz sistemlərin sınaqları uğurla davam edir. Ədirnənin Keşan rayonundakı Baykar Uçuş Tədris və Sınaq Mərkəzində KEMANKEŞ 2 mini qanadlı raketin sınaq prosesinə start verilib.
Әlaqәli Xәbәrlәr
Türkiyə mətbuatı, 30 aprel 2024
“Sabah”, “Hürriyet”, “Yeni Şafak”, “Star” və “Vatan” nələrdən yazır?