Türkiyə mətbuatı, 29 aprel 2024

“Sabah”, “Hürriyet”, “Vatan” və “Haber Türk” nələrdən yazır?

2133142
Türkiyə mətbuatı, 29 aprel 2024

 

“Sabah”: Nazir Fidan Fələstin baş naziri ilə danışdı

  Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstinin baş və xarici işlər naziri Məhəmməd Mustafa ilə telefonla danışıb. Söhbət zamanı Qəzza və İordan çayının qərb sahilindəki son vəziyyət müzakirə edilib.

“Hürriyet”: Nazir Uraloğlu “Biz güc birliyimizi sürdürəcəyik” dedi

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd ibn Həsən əl-Suveydi ilə İstanbulda keçirdiyi görüşlə bağlı bildirib: "Qarşıdakı dövrdə Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarlarımla dördlü nazirlər zirvəsi keçirəcəyik. İraq və Qətər “İnkişaf yolu” layihəsində güc birliyimizi davam etdirəcəyik”.

“Star”: Meksikalı nazir Markes “Türkiyənin uğurları sərhədləri aşaraq ölkəmizə çatıb” deyib

  Türkiyə seriallarının meksikalılara gözəl təsir bağışladığını söyləyən Meksikanın turizm naziri Migel Torruko Markes (Miguel Torruco Marques) bildirib: “Türkiyəlilər müvəffəqiyyətli serialları və filmlərilə böyük uğur əldə ediblər və şöhrətləri sərhədləri aşaraq Meksikaya çatıb. Bu, Türkiyə-Meksika dostluğunun bir göstəricisidir”.

“Vatan”: Nazir Bayraktar “LNG razılaşması üçün ABŞ şirkəti ilə danışıqlar aparıldı” dedi

  Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar LNG razılaşması üçün ABŞ-ın enerji şirkəti “Exxon Mobil” ilə danışıqlar aparıldığını açıqladı.

“Haber Türk”: Türkiyə milli boksçusu Səməd Gümüş Avropa çempionu oldu

  Serbiyada keçirilən boks üzrə Avropa çempionatında kişilər arasında 51 kq. çəki dərəcəsində Səməd Gümüş finalda macarıstanlı Atila Bernartı məğlub edərək qızıl medal qazanıb.

 

 



Әlaqәli Xәbәrlәr