Türkiye mətbuatı, 15 fevral 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2102515
Türkiye mətbuatı, 15 fevral 2024

"Vatan": Misirlə yeni dövr

Prezident Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra Misirə səfəri zamanı misirli həmkarı Əbdülfəttah əl Sisi ilə görüşüb. Ərdoğan "Ticarət həcmimizi 15 milyard dollara çatdıracağıq" deyib. Sisi isə Türkiyeyə səfər edəcəyini bildirib.

"Yeni Şafak": Məşğulluqda rekord qırıldı

Türkiyedə cümhuriyyətin qurulmasının 100-cü ildönümündə məşğulluq sayı rekord həddə çataraq 32 milyon 56 min nəfərə çatıb. 2023-cü ilin son ayında qeydə alınan 48,8 faiz ilə məşğulluq nisbəti son 19 ilin ən yüksək səviyyəsi olaraq qeyd edilib.

"Haber Türk": Ankaranın ABŞ-dan gözləntiləri

Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İsveçin NATO-ya üzv olması və F-16 qırıcı təyyarələrinin tədarükü prosesindən sonra ABŞ ilə Türkiye arasındakı münasibətləri dəyərləndirib. Münasibətlərin dərinliyində heç vaxt azalma olmadığını vurğulayan  Ö.Keçeli ABŞ-dan gözləntinin terror təşkilatı PKK ilə əlaqələrini bitirmək olduğunu bildirib.

"Star": Qlobal boykotdan sonra Türkiyeyə tələbat var

Fələstin Təşəbbüsünün sözçüsü Tülay Gökçimen İsrailin 2023-cü il oktyabrın 7-də Qəzzaya qarşı başladığı hücumlarından sonra bütün dünyada İsrail məhsullarına qarşı başlayan boykot kampaniyasının kütləvi xarakter aldığını bildirib. Gökçimen boykotdan sonra türk məhsullarına böyük meyl olduğunu bildirib.

"Sabah": "Türkiye turizmdə 2024-cü il hədəflərinə çatacaq"

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, turizmdən 60 milyon ziyarətçi və 60 milyard dollar gəlir hədəfi ilə daxil olduqları yeni ildə ziyarətçi və rezervasiya rəqəmlərinin yaxşı getdiyini bildirdi. Ersoy "Ümid edirik ki, 2024-cü il hədəflərimizə rahatlıqla çatacağıq" deyib.



Әlaqәli Xәbәrlәr