Türkiyə mətbuatı, 25 yanvar 2024

“Sabah”, “Yeni Şafak”, “Hürriyet”, “Star” və “Haber Türk” bu gün nələrdən yazır?

2093336
Türkiyə mətbuatı, 25 yanvar 2024

 

“Sabah”: Ərdoğan və Rəisidən terrora qarşı əməkdaşlığı gücləndirmək mesajı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada iranlı həmkarı İbrahim Rəisi ilə birgə mətbuat konfransında çıxışında deyib: “Ölkələrimizin və bölgəmizin təhlükəsizliyini hədəf alan PKK/PYD/YPG və PJAK-a qarşı əməkdaşlığımızın daha da gücləndirilməsinin əhəmiyyətinə toxunduq”.

“Yeni Şafak”: Ərdoğan “Astronavtlarımız kosmosa getməyə davam edəcək” dedi

  Türkiyə prezidenti R.T.Ərdoğan kosmonavtları kosmosa göndərməklə bu sahədə tarixi bir addım atdıqlarını bildirib: “Raketlər kosmosa çıxmağa davam edəcək, təyyarədaşıyıcılarımızın inşası davam edəcək, freqatlarımız daim dənizlərə enməyə davam edəcək. Çünki biz hər yerdəyik; quruda, dənizdə və havada. Müdafiə sənayemizdə güc nümayişimizi davam etdiririk".

“Hürriyet”: “Türkiyə qlobal kosmos layihələrində iştirak edəcək

  Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır bildirib ki, ən mühüm hədəflərindən biri kosmik sənayeni inkişaf etdirməkdir. Həyata keçiriləcək layihələri sadalayan nazir “Peyk istehsalında əldə etdiyimiz təcrübəni yeni layihələrə daşıyacağıq. Paytaxt Ankarada Kosmik Texnologiyaların İnkişafı Zonası yaradırıq. Qlobal layihələrdə iştirak edəcəyik.

“Star”: Gezeravcının kosmos səyahəti bütün dünyada rezonans doğurdu

  Dünyanın 545-ci astronavtı, qazaxıstanlı Aydın Ayımbetov kosmosa Türkiyədən gedən ilk astronavt Alper Gezeravcı haqqında deyib: “Türkiyənin beynəlxalq insanlı kosmos səyahətlərində iştirak etməsi ölkənin insanlı kosmos proqramının gələcək inkişafı deməkdir. Türkiyə ilə əməkdaşlığa hazırıq”.

“Haber Türk”: Bayden administrasiyasından konqresə “F-16” məktubu

  ABŞ-da prezident Co Bayden administrasiyası konqres üzvlərinə məktub yazıb və Türkiyəyə 20 milyard dollar dəyərində “Lockheed Martin” F-16 döyüş təyyarələri və modernləşdirmə dəstlərinin satışının təsdiqlənməsini istəyib.



Әlaqәli Xәbәrlәr