Türkiyə mətbuatı, 22 yanvar 2024

“Hürriyet”, “Yeni Şafak”, “Sabah”, “Star” və “Haber Türk” nələrdən yazır?

2091473
Türkiyə mətbuatı, 22 yanvar 2024

 

“Hürriyet”: Türkiyəli astronavt kosmosda 13 elmi araşdırma aparacaq

  Türkiyəli astronavt Alper Gezeravcı 14 gün qalacağı Beynəlxalq Kosmik Stansiyada 13 fərqli elmi təcrübə üzərində çalışacaq. Bu təcrübələrə mikroqravitasiya, kosmosda insan sağlamlığı, kosmosda Duz gölü zavodunun və sıfır cazibə mühitində bərk-maye qarışıqlarının tədqiqatları daxildir.

“Yeni Şafak”: Gezeravcı astronavtların sağlamlıq problemlərini araşdıracaq

  Türkiyəli astronavt Alper Gezeravcının kosmosda aparacağı təcrübələrdən biri də tənəffüs sistemi fiziologiyası ilə bağlıdr. O, astronavtların məruz qalacağı aşağı cazibə qüvvəsinin səbəb olduğu sağlamlıq problemlərini süni zəka dəstəkli üsulla təyin etməyə çalışacaq. Bu təcrübə dünya miqyasında kosmik sağlamlıq araşdırmalarına yeni nəfəs gətirəcək.

“Sabah”: Kosmos səyahətləri uşaqları ruhlandırır

  Türkiyənin kosmos səyahəti uşaqları da ruhlandırıb. Bu maraq e-ticarət alış-verişində də özünü göstərdi. Son bir həftədə astronavt kostyumları və köynəkləri, yadplanetlilərin geyimləri və maskalarına maraq artıb. Türkiyənin Teknofest gəncləri kosmos tədqiqatlarını sürətləndirəcək.

“Star”: Türkiyə Aya kosmik gəmi göndərəcək

  İlk astronavtını kosmosa göndərən Türkiyənin növbəti addımı “Ay layihəsi” olacaq. Bu kontekstdə işlərini davam etdirən Türkiyə 2026-cı ildə ilk kosmik gəmisini Aya göndərməyi planlaşdırır. Türkiyə Aya özünün hazırladığı və istehsal etdiyi kosmik gəmi ilə çatacaq.

“Haber Türk”: Xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq üçün türkiyəli professordan araşdırma

  Sivas Cümhuriyyət Universitetinin müəllimi, professor Birnur Akkaya xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq üçün başladığı araşdırmada uğur qazanıb. O, xərçəng və bədxassəli hüceyrələrin damar səthlərinə yapışmasını və yayılmasının qarşısını alan sulfatidlərə bənzər xitozan törəmə birləşmə molekulunu sintez edib. Türkiyəli professor xərçəng hüceyrələrinin yayılmasının qarşısını alacaq işi patentləşdirib.



Әlaqәli Xәbәrlәr