Türkiye mətbuatı: 28 noyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2070107
Türkiye mətbuatı: 28 noyabr 2023

''Star'': Rəcəb Tayyib Ərdoğan və Antonio Quterreş arasında telefon danışığı olub

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən BMT-nin baş katibi Antonio Quterreşlə telefon əlaqəsi saxlayıb.
Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib. Məlumata əsasən, telefon danışığı zamanı İsrailin qanunsuz hücumlarına qarşı beynəlxalq ictimaiyyətdən gözləntilər, humanitar böhranın həll edilməsinə dair təkliflər və davamlı sülhün təmin edilməsi üçün göstərilən səylər müzakirə edilib.

''Hürriyet'': Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb

Türkiyenin xarici işlər naziri Hakan Fidan Brüsseldə ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. Blinken görüş zamanı deyib: “Mən NATO-nun mühüm və dəyərli müttəfiqi olan Türkiye ilə əməkdaşlığımıza görə də minnətdaram”.

''Sabah'': Türkiyenin texniki heyəti Qəzzaya gedib

Türkiyenin Qəzzada qurmağı planlaşdırdığı səhra xəstəxanasının texniki işlərini həyata keçirəcək heyət bölgəyə gedib. Diplomatik mənbələrin yaydığı məlumata görə, səhra xəstəxananın ən qısa zamanda istifadəyə verilməsi planlaşdırılır.

''Vatan'': Sabiha Gökçen Hava Limanı 7 mükafata layiq görülüb
Türkiyənin ikinci ən böyük hava limanı olan Sabiha Gökçen Hava Limanı  bu il ikinci dəfə ''Bluesky Awards'' tərəfindən ''İlin rəqəmsal hava limanı'' mükafatına layiq görülüb.

''Yeni Şafak'': Türkiye ilə Böyük Britaniya arasında mühüm addım atıldı

Türkiye və Böyük Britaniya Azad Ticarət Sazişinin əhatə dairəsini genişləndirmək və yeniləmək üçün danışıqlara hazırlaşır. Hazırkı müqavilənin Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra müxtəlif ölkələrlə imzaladığı ilk azad ticarət sazişi olması baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilir.



Әlaqәli Xәbәrlәr