Türkiye mətbuatı: 5 oktyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2046442
Türkiye mətbuatı: 5 oktyabr 2023

''Haber Türk'': Hakan Fidan: ''PKK/YPG qanuni hədəfdir”

Xarici işlər naziri Hakan Fidan Ankarada terror aktı törədən 2 terrorçu ilə bağlı yeni məlumatların üzə çıxdığını, terrorçuların Suriyadan gəldiyini və kimliklərinin müəyyən edildiyini bəyan edib.Hakan Fidan deyib: "İraq və Suriyada PKK və YPG-yə məxsus bütün infrastruktur və üst quruluş obyektləri Türkiyə təhlükəsizlik, silahlı qüvvələr və kəşfiyyatının qanuni hədəfləridir.İnsanlara PKK/YPG obyektlərindən və şəxslərdən uzaq durmağı tövsiyə edirəm".

''Hürriyet'': İlham Əliyev: ''Türkiyesiz görüş olmaz”

Azərbaycan prezidenti İlham Əliyev Türkiyenin qatılması şərtinin qəbul edilməməsi səbəbindən İspaniyada Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya ilə keçiriləcək görüşdə iştirak etməyəcəyini bildirib. 

''Vatan'':Türkiye PUA-ları dünyanın gündəmindədir

Dünyanın bir çox ölkəsinə ixrac edilən, müharibə və sülhdə iştirak edə bilən türk silahlı və silahsız pilotsuz uçuş aparatları (PUA) bu dəfə Amerika mətbuatının gündəmini zəbt edib. ''Bloomberg'' jurnalı türk PUA-larının təsirindən yazıb. ''Newsweek'' jurnalı Akıncını tərifləyib. “Al Arabiya” da Türkiyenin PUA-larından istifadə edən Azərbaycanın qələbəsini vurğulayıb.

''Star'': Türkiye sentyabr ayında ixracda rekorda imza atdı
Türkiye sentyabr ayında 22 milyard 670 milyon dollar məbləğində ixrac əməliyyatına imza atıb. Beləliklə Türkiye sentyabr ayında ixracda rekorda imza atıb.

''Sabah'': “Türkiyeyə milyardlarla dollarlıq investisiya təklifi”

Yeni iqtisadi rəhbərliyin atdığı addımlar əcnəbilərin diqqətini cəlb edib.  Mərkəzi Bankın sədri Hafize Gaye Erkan deyib: "Millyardlarla dollar dəyərində olan və ehtiyatlarımıza birbaşa daxil ola biləcək təklif məktubu masamdadır''.



Әlaqәli Xәbәrlәr