Türkiye mətbuatı, 29 avqust 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2030375
Türkiye mətbuatı, 29 avqust 2023

"Star": Prezident Ərdoğanın kritik səfəri

AK Partiyanın sədr müavini və partiya sözçüsü Ömər Çelik mətbuat konfransında prezident Ərdoğanın dünyanın ərzaq böhranı ilə üzləşməməsi üçün taxıl böhranını ən yüksək diplomatiya həssaslığı ilə yürütdüyünü ifadə edərək, "Prezidentimiz Soçiyə səfər edəcək. Taxıl dəhlizi ilə bağlı yeni inkişaflar olacaq” deyib.

"Yenişafak": Edi Ramadan Ərdoğanla bağlı diqqətçəkən sözlər

Albaniyanın Baş naziri Edi Rama Yunanıstan mətbuatına verdiyi müsahibədə prezident Ərdoğanla strateji tərəfdaşlıq müqavilələri bağladıqlarını ifadə edərək, “Həqiqətən, mən onda (Prezident Ərdoğan) heç vaxt Yunanıstana və yunan xalqına qarşı pis münasibət bəsləyən bir şəxsiyyət görmədim" ifadəsini işlədib.

"Habertürk": Səudiyyə Ərəbistanının sənaye naziri Hureyf: "Türk investorlarına güvənirik"

Səudiyyə Ərəbistanının sənaye və mineral ehtiyatlar naziri Bəndər bin İbrahim əl-Hüreyf Səudiyyə Ərəbistanında xüsusilə sənaye və mədən sektorlarında investisiya imkanlarını təşviq etməyə çalışdıqlarını ifadə edərək, “Türk sərmayədarlarına güvənirik və səmimiyyətlə ümid edirik ki, Türkiye bu imkanlardan yararlanacaq” deyib.

"Hürriyet": Bayraktar: "Qabardakı kəşf Cümhuriyyət tarixindəki ən böyük kəşfdir"

Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Qabar dağında neft kəşfinin 100 min barrel tutumla Cümhuriyyət tarixində ən böyük kəşf olduğunu bildirib.

"Sabah": İstanbul turist sayı ilə son 10 ilin rekordunu qırdı

İstanbul iyul ayında qəbul etdiyi turist sayı ilə rekord qırıb. Keçən ay 1 milyon 873 min 97 nəfəri qəbul edən İstanbul son 10 ilin ən yüksək aylıq xarici turist sayına çatıb.



Әlaqәli Xәbәrlәr