Türkiyə mətbuatı, 28 avqust 2023

“Yeni Şafak”, “Sabah”, “Star”, “Hürriyet” və “Haber Türk” nələrdən yazıb?

2029726
Türkiyə mətbuatı, 28 avqust 2023

 

“Yeni Şafak”: Xarici İşlər Nazirliyi Limassolda məscidə hücumu qınayıb

  Türkiyə Xarici İşlər Nazirliyi Cənubi Kiprin Limassol şəhərində məscidə edilən hücumu qətiyyətlə pisləyib. Nazirlikdən verilən açıqlamada Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyinin bəyanatının tam dəstəkləndiyi bildirilib.

“Sabah”: Yunanıstanın xarici işlər naziri Türkiyəyə gəlir

  Yunanıstanın xarici işlər naziri Yorqo Gerapetritis sentyabrın 5-də Türkiyəyə gələcək. Naziri səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidan ilə görüşəcək.

“Star”: Əliyev “Azərbaycanla TSQ arasında əməkdaşlıq çox yaxşı səviyyədədir” dedi

  Azərbaycan prezidenti İlham Əliyev 27 avqust açıqlamasında bildirib ki, Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri (TSQ) arasında əməkdaşlıq çox yaxşı səviyyədədir.

“Hürriyet”: Nazir Şimşək "Turizmdə partlayış var" dedi

  Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək avqustun 27-də X sosial media platformasında verdiyi açıqlamada turizm tarixinin ən yaxşı iyul ayına imza atıldığını bildirib.

“Haber Türk”: “Filenin Sultanları” 1/4 finaldadır

  Türkiyənin Qadın Voleybol Milli Komandası 2023-cü il CEV Avropa Çempionatının son 16 turunda Belçikanı 3:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

 



Әlaqәli Xәbәrlәr