Türkiye mətbuatı, 14 avqust 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2023969
Türkiye mətbuatı, 14 avqust 2023

"Yeni Şafak": Ərdoğanın diplomatiya təmasları

Prezident Rəcəb Tayyib Ərdoğan xarici təmaslarına başlayır. Ərdoğan avqustun sonunda Macarıstana, sentyabrda isə Hindistan və Amerika Birləşmiş Ştatlarına (ABŞ) gedəcək. Dünya üçün əhəmiyyətli qərarların alınacağı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatılacaq Ərdoğan ABŞ səfəri zamanı ölkə liderləri ilə ayrı-ayrılıqda görüşəcək.

"Hürriyet": Almaniya mətbuatı: "Türkiye Ukrayna müharibəsində əsas rol oynayır”

Almaniyanın media orqanı "Deutsche Welle" (DW) Rusiya-Ukrayna müharibəsində Türkiyenin əhəmiyyətini vurğulayıb. Türkiyenin Ukraynanın işğalından dərhal sonra İstanbul və Çanaqqala boğazlarını bütün döyüş gəmilərinin üzünə bağlayaraq dənizdəki güc balansını qoruduğu vurğulanıb və bu vəziyyətin Türkiyeyə mühüm geostrateji mövqe qazandırdığı bildirilib.

"Star": Sığınacaq axtaranların göndərilməsi üçün yeni qayda

Türkiyedə sığınacaq axtaranların və qeyri-qanuni mühacirlərin ölkələrinə geri göndərilməsi üçün hərtərəfli iş aparılır. Bu çərçivədə Suriyanın Hələb bölgəsində ictimai və ticarət həyatının canlandırılması hədəflənir. Plan həyata keçirildiyi zaman Türkiyedə yaşayan yüz minlərlə suriyalı öz ölkələrinə qayıdacaq.

"Haber Türk": Kruizlə Türkiyeyə gələn sərnişinlərin sayı artıb

Yay dövründə Türkiyeyə kruiz ilə gələn sərnişinlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 66,7 faiz artıb. İlin sonuna qədər rekord sərnişin sayına çatacağı proqnozlaşdırılır.

"Vatan": Van gölündə maraqlı kəşf

Türkiyenin 800 min illik tarixə malik ən böyük gölü olan Van gölünün dibindəki xarabalıqlar dalğıclıqla dünyaya tanıdılırkən, bu qalıqlara yeniləri də əlavə edilib. Van gölünün dərinliklərində həm qəbiristanlıq, həm də kənd həyatının izləri olan ərazilər tapılıb. Tapılan yeni sirlər öz həllini gözləyir.



Әlaqәli Xәbәrlәr