Türkiye mətbuatı, 4 avqust 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2020056
Türkiye mətbuatı, 4 avqust 2023

"Haber Türk": Yeni komandirlər təyin olundu

Prezident Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın qərarlarını təsdiqlədi. 2-ci Ordu komandanı, ordu generalı Metin Gürak Baş Qərargah rəisi təyin edildi. Baş Qərargahın 2-ci rəisi general Səlcuq Bayraktaroğlu Quru Qoşunları Komandanlığına, Hərbi Hava Qüvvələri komandanı General Ziya Camal Kadıoğlu isə Hərbi Hava Qüvvələri Komandanlığına təyin edilidi.

"Hürriyet": İxracda iyul ayı rekordu

Türkiyenin ixracı iyul ayında 8,4 faiz artaraq 20 milyard 93 milyon dollar oldu. Beləliklə, tarixin ən yüksək iyul ixrac rəqəminə çatıldı.

"Vatan": Mərkəzi Bankın cəmi ehtiyatları artıb

Türkiye Cümhuriyyəti Mərkəzi Bankı Həftəlik Pul və Bank Statistikalarını açıqladı. Buna görə Mərkəzi Bankın cəmi ehtiyatları 28 iyul ilə sona çatan həftədə 223 milyon dollar artaraq 113 milyard 774 milyon dollar oldu.

"Yeni Şafak": Avropada zeytun yağı böhranı yaşanarkən, Türkiyedə rekord istehsal

İqlim dəyişikliyinin mənfi təsirləri və yüksək temperatur səbəbiylə Avropada zeytun və zeytun yağı istehsalında azalma müşahidə edilərkən, Türkiye gördüyü tədbirlər və ehtiyatda olan məhsullarla yeni mövsümü rekordlarla qarşılamağa hazırlaşır.

"Star": İngiltərə Türkiye ilə danışıqlara başlayacaq

İngiltərənin Ankaradakı səfiri Cill Morris bəyan edib ki, Türkiye və İngiltərə yaxın aylarda yenilənmiş Azad Ticarət Sazişi (STA) üçün müzakirələrə başlayacaq.



Әlaqәli Xәbәrlәr