Türkiyə mətbuatı, 1 avqust 2023

“Hürriyet”, “Star”, “Haber Türk”, “Yeni Şafak” və “Sabah” nələrdən yazır?

2018544
Türkiyə mətbuatı, 1 avqust 2023

 

“Hürriyet”: Fidan “Potensial zərər və təhdidləri anlamağa başlayıblar" dedi

  Danimarka və İsveçdə Qurani-Kərimə edilən hücumlarla bağlı Türkiyə xarici işlər naziri Hakan Fidan "Biz görürük ki, hər iki ölkə bu problemin yaratdığı potensial zərər və təhdidləri anlamağa başlayıb" deyə söyləyib.

“Star”: Fidandan Ermənistana Zəngəzur mesajı

  Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan-Ermənistan regionunda sülhə və sabitliyə aparan yolun hərtərəfli sülh sazişindən keçdiyini və bunun üçün Zəngəzur dəhlizinin açılmasının böyük əhəmiyyət daşıdığını bildirib.

“Haber Türk”: Bayraktardan Səudiyyə Ərəbistanı ilə enerji razılaşması bəyannaməsi

  Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Körfəz ölkələrindən ölkəyə ciddi maraq olduğunu bildirərək deyib: "Səudiyyə Ərəbistanı ilə enerji müqaviləsi imzaladıq. Türkiyə Səudiyyə Ərəbistanı ilə mühüm enerji əməkdaşlığı qurmaq istəyir. Maddi dəyəri dəqiqləşdirilməyib. 4-5 min meqavatlıq bərpa olunan enerji layihəsinə maraq olduğunu görürük”.

“Yeni Şafak”: Türkiyə ilk 6 ayda 22 milyon turisti qəbul etdi

  Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib: "Türkiyədə ilk 6 ayda qonaqların sayı 17,5 faiz artaraq 22 milyon 945 min nəfərə çatdı. Beləliklə, turizm gəliri 21 milyard 734 milyon dollar oldu".

“Sabah”: İstanbul Hava Limanı “Avropanın ən işlək hava limanı” sayıldı

  İstanbul Hava Limanı 17-23 iyul tarixlərində gündəlik orta hesabla 1472 uçuşla Avropanın ən işlək hava limanı hesab edildi.



Әlaqәli Xәbәrlәr