Türkiye mətbuatı, 31 iyul 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2017946
Türkiye mətbuatı, 31 iyul 2023

"Hürriyet": Rusiya liderinin “Türkiye formulu” bütün dünyada əks-səda doğurdu

Türkiyedə yaradılması planlaşdırılan qazpaylayıcı mərkəzdən danışan Rusiya prezidenti Vladimir Putin bu planın masa üzərində olduğunu vurğulayıb. Putinin açıqlamaları dünya mətbuatında geniş işıqlandırılıb.

"Haber Türk": "Türkiyenin 6 aylıq balıqçılıq ixracı 829 milyon dollara çatdı

2022-ci ilin yanvar-iyun dövründə Türkiyeyə 760 milyon dollar valyuta gətirən su məhsulları sektoru 2023-cü ilin ilk yarısında 9 faiz artımla ixracını 829 milyon dollara yüksəldib.

"Vatan": Türkiye limanları dünyanın zirvəsində yer alır

Dünyanın ən qədim və ən prestijli dənizçilik nəşri olan "Lloyd's List" tərəfindən hazırlanan "Dünyanın Ən Yaxşı 100 Limanı" hesabatında Türkiyedən 4 liman 2022-ci ildə ilk 100 liman arasında yer almağı bacarıb. Ambarlı, Kocaeli, Mersin və Tekirdağ limanları dünyanın ən yaxşı limanları arasında yer alıb.

"Yeni Şafak": Antalya 8 milyonu keçən turist sayı ilə rekord qırdı

Antalya cari il gələn 8 milyon 11 min 828 turistlə 2019-cu ili geridə qoyaraq turist sayında rekord qırıb. Bildirilib ki, 29 iyul 2019-cu il tarixində bu rəqəm 8 milyon 4 min 11 olub.

"Star": Fransa mətbuatı: Türkiye-Misir yaxınlaşmasını izləyir

Türkiye ilə Misirin yaxınlaşmasını yaxından izləyən Fransa mətbuatı iki ölkə arasındakı əlaqələrin Afrika və Orta Şərqdə sabitlik üçün güc ola biləcəyini yazıb. Təhlükəsizlik üzrə analitik Aya Burveyla iki ölkənin yaxınlaşmasının Efiopiya və Liviyada bir çox problemi həll edəcəyini və bunun Tunis, Sudan və Çada müsbət təsir göstərəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr