Türkiye mətbuatı, 6 iyul 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2007705
Türkiye mətbuatı, 6 iyul 2023

"Vatan": Ərdoğandan kritik görüş

Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın Baş naziri Mark Rutte ilə telefon danışığı aparıb. Görüşdə ikitərəfli əlaqələr, İsveçin NATO-ya üzvlük prosesi, Avropada Qurana qarşı təxribat xarakterli hərəkətlər, regional və qlobal məsələlər müzakirə edilib.

"Star": Avropada İslama qarşı hücumlar epidemiyaya çevrilib

Xarici işlər naziri Hakan Fidan Avropada İslama qarşı hücumların az qala epidemiyaya çevrildiyini bildirib. Fidan "Milyardlarla insanın müqəddəs kitabı olan Quranı yandırmaq, ifadə azadlığı adı altında bu hərəkətə icazə vermək milyardlarla insana açıq-aşkar təhqirdir" deyib.

"Hürriyet": Aİ-dən Türkiye mesajı

Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Aİ-nin mövcud çətinliklərə baxmayaraq Türkiye ilə strateji əlaqələr qurmağa davam etməsini səbirsizliklə gözlədiyini ifadə edərək, "Ortaq rifah və sabitliyimiz üçün bir-birimizə ehtiyacımız var" deyib.

"Sabah": Katonun altı neft dənizi

Terror təşkilatı PKK-dan təmizlənən Türkiyenin Şırnak vilayətində yerləşən Kato dağındakı neft ehtiyatlarının Cudi və Qabardan daha çox olduğu düşünülür. Türkiye Neft Şirkətinin (TPAO) regional direktoru Oğuz Şahin Kato dağının altının neft dənizi olduğunu söyləyib.

"Yeni Şafak": İspanlar Arda Gülərdən danışır

İspaniyanın "Real Madrid" klubu "Fənərbağça"nın gənc futbolçusu Arda Güləri transfer etməyə razı salıb. "Real Madrid"in 18 yaşlı türk futbolçunu "Barselona"dan transfer etməsi İspaniya mətbuatının gündəminə çevrilib.



Әlaqәli Xәbәrlәr