Türkiyə mətbuatı, 19 iyun 2023

“Hürriyet”, “Sabah”, “Star”, “Vatan” və “Haber Türk” nələrdən yazır?

2001216
Türkiyə mətbuatı, 19 iyun 2023

 

“Hürriyet”: Nazir Yerlikaya “Mübarizəmizdə keçdiyimiz yol terroru son nöqtəyə gətirdi” dedi

  Türkiyənin daxili işlər naziri Əli Yerlikaya iyunun 18-də Şırnakda olaraq Çakırsöyüt Jandarma Komandosuna baş çəkərə orada çıxış edib: "Terrorla mübarizəmizdə xüsusilə son 10 ildə keçdiyimiz yol terroru son nöqtəsinə gətirdi."

“Sabah”: Cevdet Yılmaz “Ercan Hava Limanının yeni terminalı iyulun 20-də açılacaq” dedi

  Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Şimali Kipr Türk Respublikasının (ŞKTC) Lefkoşa şəhərindəki Ercan Hava Limanının yeni terminalının iyulun 20-də açılacağını bildirdi.

“Star”: Möhtəşəm Türkiyə həmləsi

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Orta Koridorun yükdaşıma qabiliyyətinin artacağını söyləyərək deyib: “Ölkəmizin bölgədəki strateji mövqeyi bu istiqamətdə inkişaf etdirilə biləcək layihələrlə artacaq, Azərbaycan və Xəzər dənizi, Naxçıvan və Rusiya ilə nəqliyyat və energetika sahəsində əməkdaşlıq təmin ediləcək.”

“Vatan”: Yerli həssas bələdçi dəsti HKG-82 ilə sınaq atışlarında hədəf uğurla vuruldu

  Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutu - TÜBİTAK SAGE tərəfindən hazırlanmış həssas bələdçi dəsti HGK-82 ilə hədəf müvəffəqiyyətlə vuruldu.

“News Türk”: Sahənin sultanları “Dominik”ə 3-1 hesabı ilə qalib gəldi

  Türkiyənin milli qadın voleybol komandası Millətlər Liqasında Dominikan Respublikası komandasına 3-1 hesabı ilə qalib gəldi.



Әlaqәli Xәbәrlәr