Türkiyə mətbuatı, 15 iyun 2023

“Hürriyet”, “Yeni Şafak”, “Haber Türk”, “Star” və “Vatan” bu gün nələrdən yazır?

1999876
Türkiyə mətbuatı, 15 iyun 2023

 

“Hürriyet”: Ərdoğan “İsveç üzərinə düşən vəzifəni yerinə yetirməlidir” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ŞKTR və Azərbaycana səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib: "İlk növbədə, İsveç üzərinə düşən vəzifəni yerinə yetirməlidir. İsveç PKK terror təşkilatının hərəkətlərini birdəfəlik məhv etməlidir".

“Yeni Şafak”: ABŞ-ın Türkiyədəki səfirindən təriflər

  ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk (Jeffry Flake) "Türkiyədən başqa heç bir ölkə Montrö Konvensiyasını tətbiq etməklə Rusiya və Ukrayna arasındakı münaqişəni nəzarət altına ala bilməzdi. Və heç bir başqa ölkə Qara dəniz taxıl təşəbbüsünü uğurla həyata keçirə bilməzdi" dedi.

“Haber Türk”: Türkiyədən Küveytə yerli silahlı PUA “Bayraktar TB2” ixracı

  Türkiyədən bir çox ölkəyə ixrac edilən yerli silahlı PUA “Bayraktar TB2”ni Küveyt də alacaq. Küveyt hökuməti ilə “Baykar” arasında ixracla bağlı müqavilə prosesi uğurla tamamlanıb.

“Star”: Almaniya TUİ-dən Türkiyə açıqlaması

  Almaniyanın turizm operatoru TUİ 2023-cü ildə qaynar yay mövsümünün gözlənildiyini açıqlayıb və Türkiyənin tətil şəhəri Antalyaya tələbatın yüksək olduğunu bildirib.

“Vatan”: Uraloğlu “2023-cü ildə 299 mindən çox kruiz sərnişini qəbul etdik" dedi

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "2023-cü ilin ilk 5 ayında 299 mindən çox kruiz sərnişini qəbul etdik" deyə məlumat verib.



Әlaqәli Xәbәrlәr