Türkiye mətbuatı: 23 may 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1989456
Türkiye mətbuatı: 23 may 2023

''Vatan'': Nyu Yorkdakı Türk Evinə hücum edilib

Türkiyenin BMT-dəki daimi nümayəndəliyi və Nyu-Yorkdakı baş konsulluğunun yerləşdiyi Türk Evinə hücum edilib.
Məlumata əsasən, naməlum  bir şəxs əlində dəmir parçası ilə binanın aşağı mərtəbələrinin şüşələrini sındırıb. Hücumla bağlı araşdırmalara başlanılıb.

''Star'': Rəcəb Tayyib Ərdoğan: ''Bu terrorçunu tapın”

Prezident Rəcəb Tayyib Ərdoğan PKK tərəfdarlarının Avropada Türkiyədəki seçkilər ilə əlaqədar səs verən seçicilərə hücum etdiyini, indi də  ABŞ-da Türk Evinin pəncərələrinin sındırıldığını bildirib. ABŞ səlahiyyətlilərinə müraciət edən Rəcəb Tayyib Ərdoğan “Türk Evinin şüşələrini sındıran bu terrorçunu tapmalısınız'' deyib.

''Sabah'': Suriyalıların ölkələrinə təhlükəsiz qayıtması üçün işlər davam edir

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Numan Kurtulmuş indiyə qədər vətəndaş müharibəsindən qaçan 550 min suriyalının ölkələrində yaradılan təhlükəsiz bölgələrə qayıtdığını bildirib. Suriyalıların təhlükəsiz və könüllü qayıtması üçün işlərin davam etdiyini vurğulayan Kurtulmuş deyib: "Qarşıdakı dövrdə 1 milyon suriyalının geri qayıtmasını sürətlə təmin edəcəyik".

''Haber Türk'': Türkiye iqtisadiyyatına olan inam artmağa davam edir
Türkiye iqtisadiyyatına olan inam günü-gündən artmağa davam edir. İstehlakçı Güvən İndeksi may ayında keçən ay ilə müqayisədə  4 faiz artaraq 91,1-faizə yüksəlib.

''Hürriyet'': Nazir Nurəddin Nebati: “Türkiye iqtisadiyyatı epidemiya dövründə də inkişaf edib''
Türkiyenin xəzinə və maliyyə naziri Nurəddin Nebati Türkiye iqtisadiyyatının koronavirus pandemiyası dövründə də inkişaf etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr