Türkiye mətbuatı, 16 fevral 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1947038
Türkiye mətbuatı, 16 fevral 2023

"Yeni Şafak": Türkiye bir ürək oldu

Türkiye 'əsrin fəlakəti'nin fəsadlarını aradan qaldırmaq üçün tək ürək oldu. Televiziya kanallarının birgə canlı yayımında təşkil edilən “Türkiye tək ürək” kampaniyasında zəlzələdən zərər çəkənlər üçün toplanan yardım 115 milyard lirəni keçdi. 

"Haber Türk": Yardım kampaniyasında rekord

Türkiyenin ürəyində dərin yaralar buraxan, son əsrin ən güclü zəlzələ fəlakətinin yaşandığı bu günlərdə bütün telekanallar ortaq yayımda kömək üçün bir araya gəldi. İncəsənət, iş və idman dünyasının qabaqcıl adları və ictimaiyyət zəlzələ qurbanlarına dəstək oldu. Ən  çox ianəni 30 milyard lirə ilə Mərkəzi Bank etdi. İanə məbləği; 115 milyard 146 milyon 528 min lirə, göndərilən SMS sayı isə 9 milyon 10 minə çatdı.

“Sabah”: Yeni mənzillərin tikinti işlərinə  martda start veriləcək

Kahramanmaraşda baş verən zəlzələlərdə ölən on minlərlə insanla yanaşı, minlərlə ev və iş yeri yararsız hala düşüb. Dünyanın “əsrin fəlakəti” adlandırdığı fəlakətdən sonra prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə mart ayında bölgədə yeni mənzillərin tikintisinə başlanacaq.

"Star": Ukrayna komandası zəlzələ zonasındadır

Türkiyeədə baş verən zəlzələlərdən sonra dünyanın hər yerindən axtarış-xilasetmə və başqa sahələrdəki işçi qrupları zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə qatılır. Ukrayna xilasetmə qrupunun rəhbəri Konstantin Silayev deyib: “Rusiya Ukrayna müharibəsinin başlanğıcında Türkiyenin bizə göstərdiyi dəstəyə və yardıma görə minnətdarlığımızı göstərmək üçün edə biləcəyimiz tək şey budur. Sadəcə kiçik bir təşəkkür" deyib.

"Hürriyet": Ermənistanla münasibətlərin normallaşması

Xarici işlər naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı diqqətçəkən açıqlamalar verib. Çavuşoğlu, “Bu həmrəyliyi davam etdirməliyik. Cənubi Qafqazda normallaşma prosesi davam edir” deyib.



Әlaqәli Xәbәrlәr