Türkiye mətbuatı, 10 fevral 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1944766
Türkiye mətbuatı, 10 fevral 2023

"Sabah": Ərdoğan: "Xalqımız nigaran qalmasın"

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra yoxlamalar aparmaq üçün Qaziantep və Osmaniyeyə gedən prezident Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində "Nigaran qalmasın. Vanda baş verən nəhəng zəlzələdən necə xilas olduq, Malatya, Bingöl və İzmirdə necə bunun öhdəsindən gəldik, bu 10 vilayətdə də eyni şəkildə bunun öhdəsindən gələcəyik, evləri tikib, sahiblərinə təhvil verəcəyik” deyib. 

"Hürriyet": "Avropa İttifaqı liderlərindən Ərdoğana zəlzələ məktubu"

Avropa İttifaqına üzv ölkələrin liderləri Kahramanmaraşda baş verən zəlzələ ilə əlaqədar prezident Ərdoğana məktub göndərib. Başsağlığı verən 27 lider Türkiye ilə tam həmrəy olduqlarını ifadə edərək, “Yaxın koordinasiya içində dəstəyimizi artırmağa hazırıq. Ürəyimiz sizinlə və xalqınızladır” deyiblər.

"Habertürk": Çavuşoğlu: "Dünyanın hər yerindən güclü həmrəylik gördük"

Xarici işlər naziri Mövlud Çavuşoğlu episentri Kahramanmaraşda olan və 10 vilayətdə baş verən zəlzələlərdən sonra Türkiyenin dünyanın hər yerindən güclü həmrəylik gördüyünü, həmin çərçivədə 56 ölkədən 6 min 479 personalın yardım üçün bölgədə olduğunu, 19 ölkədən yeni komandaların 24 saat ərzində Türkiyeyə gələcəyini söyləyi.

"Star": Kahramanmaraş zəlzələsini Britaniya adasına uyğunlaşdırdılar: Dümdüz olardıq"

London Universitet Kollecində tədqiqatçı olaraq çalışan seysmoloq Stephen Hiks Kahramanmaraş mərkəzli zəlzələnin Britaniya adasında baş verməsi halında Birmingem, Mançester, Şeffild və Bristol kimi şəhərlərin dümdüz olacağını söyləyib.

"Yenişafak": Zəlzələdən zərərçəkən klublar

10 şəhərdə dağıntılara səbəb olan zəlzələ bölgədəki idman klublarına da ciddi ziyan vurub. Bir çox klublar şəhərlərini tərk edərkən, idmançılarının ölümü ilə sarsılan bəzi klublar liqadan çıxmaq barədə düşünür.



Әlaqәli Xәbәrlәr