Türkiye mətbuatı: 12 yanvar 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1931588
Türkiye mətbuatı: 12 yanvar 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Sabah'': Prezident Ərdoğan Qərbə reaksiya verib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən paytaxt Ankarada verdiyi açıqlamada terrorla mübarizədə ikiüzlü mövqe nümayiş etdirən Qərbə reaksiya göstərərək deyib: "Türkiyenin terrorla mübarizəsinə gözlərini qıyanlar həqiqəti görəcəklər. Avropada yuva salan terror tərəfdarlarına qarşı tədbir görməkdə gecikdikləri hər gün təhlükə daha da artacaq''.

''Haber Türk'': Mustafa Şentop şahzadə Harriyə reaksiya verib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Britaniya kral ailəsini tərk edən şahzadə Harrinin avtobioqrafik kitabında Əfqanıstanda 25 nəfəri öldürdüyü barədə açıqlamasına münasibət bildirib. Şentop şahzadə Harrinin açıqlamalarının yalnız  ağdərili avropalıların fikri olmadığını, eyni zamanda bir mədəniyyət, yanaşma və anlayışı ifadə etdiyini vurğulayıb.

''Hürriyet'': Adil Karaismailoğlu: ''Hava limanlarımız 182 milyon 334 min sərnişini qəbul etdi''

Türkiyenin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu 2022-ci ildə hava limanlarında xidmət göstərilən sərnişinlərin sayının 2021-ci il ilə müqayisədə 42,1 faiz artaraq 182 milyon 334 minə çatdığını bildirib.

''Vatan'': "Dünya nəhəngi Türkiyəyə gəlir

Türkiyenin sənaye və texnologiya naziri Mustafa Varank Amerikanın elektrikli avtomobil istehsalçısı Teslanın Türkiyə bazarına daxil olmaq  istədiyini və bununla bağlı işlərin davam etdiyini bildirib.

''Yeni Şafak'': Türkiye 47 ölkəyə 1 milyard dollarlıq ixrac həyata keçirib
Türkiye 47 ölkəyə 1 milyard dollarlıq ixrac həyata keçirib. Məlumata əsasən, Türkiye Almaniyaya 18,9, Amerika Birləşmiş Ştatlarına 14,4 və  İngiltərəyə 12,25 milyard dollarlıq ixrac həyata keçirib.



Әlaqәli Xәbәrlәr