Türkiye mətbuatı: 10 yanvar 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1930365
Türkiye mətbuatı: 10 yanvar 2023


Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Haber Türk'': "Ərdoğan: ''Müdafiə sahəsində hayata keçirilən ixrac rekorda imza atdı''
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyenin müdafiə sahəsində həyata keçirdiyi ixracdan 4 milyard 400 milyon dollar gəlir əldə edərək rekorda imza atdığını söyləyib. Türkiye Prezidenti deyib: “Bu il milli döyüş təyyarəmizi anqardan çıxaracağıq. Dünyanın ilk silahlı pilotsuz uçuş aparatı (SİHA) gəmisi olacaq “Anadolu”nu da bu il istifadəyə verəcəyik”.

''Vatan'': Milli döyüş təyyarəsi ilk uçuşunu 2023-cü ilin sonunda həyata keçirəcək

Milli Döyüş Təyyarəsi gözləniləndən tez tamamlandı. Aerokosmik Sənayesinin baş direktoru Temel Kotil deyib: "Milli döyüş təyyarəsi ilk uçuşunu 2023-cü ilin sonunda həyata keçirəcək''.

“Yeni Şafak”: Türkiyedən ötən il ABŞ-a 14 milyard 362 milyon dollarlıq məhsul ixrac edilib

ABŞ-da türk məhsullarına tələbat 2022-ci ildə də artmağa davam edib. Bildirilir ki Türkiyedən ötən il ABŞ-a 14 milyard 362 milyon dollarlıq məhsul ixrac edilib. Bu da 2022-ci ildə ABŞ-a həyata keçirilən  ixracın 2021-ci ilə müqayisədə 11,8 faiz artdığını göstərir. Adı çəkilən ölkəyə ixrac edilən məhsullar arasında kimya materialları yer alır. Bunu  avtomobil, polad sənayesi sektoru, geyim və zərgərlik sənayesi sektoru izləyib.

''Sabah'': Türkiyenin elektrikli avtomobili Togga maraq artır

Sənaye və Texnologiya naziri Mustafa Varank ABŞ-da keçirilən dünyanın ən böyük İstehlak Sərgisi CES 2023-də sərgilənən Türkiyenin elektrikli avtomobili Togg stendini ziyarət edib. Varank deyib: ''Yaxın Şərqdən və Avropadan böyük maraq var''

''Star'': ''Alibaba'' Türkiyeyə 1 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır

Çinin elektron ticarət nəhəngi ''Alibaba'' Türkiyeyə 1 milyard dollardan çox sərmayə qoymağı planlaşdırdığını açıqlayıb. ''Alibaba'' prezidenti Mikail Evans deyib: “Türkiyedə böyük istehsal gücü var. Bu mənada Türkiye dünyanın ən sərfəli ölkəsidir”.



Әlaqәli Xәbәrlәr