Türkiye mətbuatı: 15 dekabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1919045
Türkiye mətbuatı: 15 dekabr 2022


Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan deyib: ''Türkmənistan təbii qazının nəqli ilə bağlı  işlərə başlayaq”
Prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistanda keçirilən Türkiyə-Azərbaycan-Türkmənistan Dövlət Başçılarının I Zirvə Toplantısında açıqlama verib. Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov birgə protokolu imzalayıblar. Ərdoğan deyib: “Türkmənistan təbii qazının qərb bazarlarına nəqli ilə bağlı işlərə indidən başlamaq lazımdır” .

''Star'': Mövlud Çavuşoğlu Ermənistana çağırış edib

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin xüsusi nümayəndələr vasitəsilə Ermənistanla danışıqlarını davam etdirdiyini bildirib. M.Çavuşoğlu deyib:“Hava məkanımızın açılması istiqamətində koordinasiyalı şəkildə hava yükləri ilə bağlı bəzi addımlar atdıq. Ermənistan da səmimi addım atmalıdır”. 

''Sabah'':: “Kızılelma'' ilk uçuşunu həyata keçirdi
Pilotsuz döyüş təyyarəsi ''Bayraktar Kızılelma'' ilk uçuşunu həyata keçirdi. Türkiyə aviasiyasının tarixi günündən görüntülər paylaşılıb. ''Baykar'' şirkətinin rəhbəri Haluk Bayraktar deyib: "2021-ci ildə başlayan ''Kızılelma''  layihəsində ilk uçuşumuzu həyata keçirdik''.

''Yeni Şafak'': “Wall Street Journal'' Türkiyənin iqtisadiyyat modelini təriflədi
Türkiyə İqtisadiyyat Modeli Amerikanın maliyyə qəzeti olan ''Wall Street Journal'' tərəfindən yüksək qiymətləndirilib. Bu barədə qəzetin dərc etdiyi təhlil xarakterli məqalədə bildirilib.

''Haber Türk'': ''Focus'' jurnalı: ''Təqaüddə olanlar Adanaya üstünlük verib

Almaniyada nəşr olunan ''Focus'' jurnalının müxtəlif şəhərlərdə  apardığı araşdırmaya görə, təqaüddə olanlar Türkiyənin Adana şəhərinə üstünlük veriblər. Şəhərin səhiyyə xidmətləri, təhlükəsizlik, iqlim və nəqliyyat şəbəkəsi siyahıda müəyyənedici rol oynasa da, təqaüddə olan vətəndaşların əksəriyyəti bu nəticəni təsdiqləyərək Adanada yaşamaqdan çox məmnun olduqlarını bildiriblər.



Әlaqәli Xәbәrlәr