Türkiye mətbuatı: 14 dekabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1918616
Türkiye mətbuatı: 14 dekabr 2022


Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.
''Hürriyet'':Ərdoğan deyib: ''Bu işin ünvanı və tarixi verilməz''

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan-Türkmənistan Üçtərəfli Dövlət Başçıları zirvə toplantısında iştirak etmək üçün Türkmənistana yola düşməzdən əvvəl verdiyi açıqlamada Suriyanın şimalındakı əməliyyata toxunaraq deyib: “Hər zaman dediyim kimi, bu işin ünvanı  və  tarixi verilmz''.

''Habertürk'': Mövlud Çavuşoğlu Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli xarici işlər nazirləri toplantısında çıxış edib

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanın Avaza şəhərində keçirilən Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli xarici işlər nazirlərinin görüşündə türk dünyası daxilində həm Türk Dövlətləri Təşkilatı ilə, həm də ikitərəfli, üçtərəfli və dördtərəfli mexanizmlər vasitəsilə əlaqələri gücləndirdiklərini bildirib.

''Yenisafak'':  Sənaye istehsalında artım
Türkiye Statistika Təşkilatı (TÜİK) oktyabr ayı sənaye istehsalı indeksinin nəticələrini açıqlayıb. Məlumata görə, sənaye istehsalı oktyabr ayında aylıq 2,4 faiz, illik olaraq isə 2,5 faiz artıb.

''Sabah'':  "Togg'' Avropa bazarına çıxarılacaq

Yerli avtomobil ''Togg''un meneceri Gürcan Karakaş 2024-cü ilin sonunda Avropa bazarına daxil olmağı düşündüklərini söylədi.

''Vatan'':  Şərq Ekspresi yeni reyslərə başladı
Qatarla səyahət etmək üçün ən yaxşı 4 marşrutdan biri olan Turistik Şərq Ekspresi 2022-2023 mövsümünün ilk reyslərinə  başladı. Yemək və yataqlı vaqonlardan ibarət olan Şərq Ekspresi 2022-2023-cü illərdə 86 reyslə 13760 sərnişin daşıyacaq.



Әlaqәli Xәbәrlәr