Türkiye mǝtbuatı, 22 noyabr 2022

Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1909141
Türkiye mǝtbuatı, 22 noyabr 2022

"Haber Türk": Ərdoğan: "Terrora güzəşt yoxdur"

Prezident Rəcəb Tayyib Ərdoğan İraqın şimalında və Suriyada bölücü terror təşkilatı PKK/YPG-yə qarşı bazar günü başlayan "Pəncə-Qılınc" antiterror əməliyyatında lazım olanı yerinə yetirdiklərini və bundan sonra da bu mövqeyin davam etdiriləcəyini bildirib. Ərdoğan terrora qarşı heç vaxt güzəştə getməyəcəklərini vurğulayıb.

"Sabah": “Pəncə-Qılınc" antiterror əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı

Milli Müdafiə naziri Hulusi Akar “Pəncə Qılınc” antiterror əməliyyatında 184 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. “Terrorçularla hesablaşma vaxtıdır” deyən Akar “Ötən həftə Beyoğluda, dünən sərhəd xətti olan Öncüpınar və Karkamışda törətdikləri bütün alçaqlıqların hesabını soracağıq” deyə qeyd edib.

"Yeni Şafak": Altundan Karkamış açıqlaması: "Hesab verəcəklər”

Qaziantep vilayətininin Karkamış rayonunda baş verən raket hücumu ilə bağlı açıqlama verən Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “Günahsız vətəndaşlara qarşı hücumlarını davam etdirən terror təşkilatı YPG/PKK hücumlarına təhlükəsizlik qüvvələrimiz cavab verir. Əməliyyatlarımız sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək" deyib.

"Star": İsveçdən diqqətəlayiq açıqlama”

İsveçin xarici işlər naziri Tobias Billström Türkiyenin İraqın şimalı və Suriyada terrora son qoymaq üçün başlatdığı "Pəncə-Qılınc" antiterror əməliyyatından danışaraq deyib:

“Türkiye terror hücumuna məruz qalan bir ölkədir və terror hücumuna məruz qalan dövlətlərin özlərini müdafiə etmək hüququ var”.

"Hürriyet": Stoltenberq: "Ərdoğan əsas rol oynadı”

Fevralın 24-dən Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, NATO-nun Baş katibi Yens Stoltenberq taxıl dəhlizi ilə bağlı sazişin müddətinin uzadılmasında və əsir mübadiləsində Türkiye və Prezident Rəcəb Tayyib Ərdoğanın çox  mühüm və əsas rol oynadığını bildirib.



Әlaqәli Xәbәrlәr