Mətbuatdan günün xülasəsi, 21 noyabr 2022

“Haber Türk”, “Star”, “Hürriyet”, “Sabah” və “Yeni Şafak” nələrdən yazır?

1908747
Mətbuatdan günün xülasəsi, 21 noyabr 2022

 

“Haber Türk”: Suriya və İraqda hava əməliyyatları

  Türkiyə döyüş təyyarələri noyabrın 20-də Suriya və İraqın şimalında terrorçulara qarşı hava əməliyyatları həyata keçirib.

  Türkiyə Milli Müdafiə Nazirliyindən “Pençe-Kılıç” hava hərəkatı ilə bağlı verilən açıqlamada bildirilir: "Əməliyyatda terrorçuların sığınacaqları, mağaraları, silah-sursat anbarları, qərargahlar və təlim düşərgələrindən ibarət 89 hədəf məhv edilib, çoxlu terrorçu zərərsizləşdirilib”.

“Star”: Nazir Akar “Terror təşkilatının sözdə qərargahı birbaşa zərbə ilə vuruldu" deyib

  “Pəncə Qılınc” (Pençe Kılıç) əməliyyatı milli müdafiə naziri Hulusi Akar tərəfindən Türkiyə Silahlı Qüvvələri komandanlığının müşayiəti ilə Hərbi Hava Qüvvələri Əməliyyat Mərkəzindən idarə edilib. Nazir Akar sözügedən mövzu ilə bağlı deyib: “Terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və anbarlar böyük müvəffəqiyyətlə dağıdıldı. Terror təşkilatının qondarma qərargahına da birbaşa zərbələr endirildi”.

“Hürriyet”: Çelik “Əməliyyatla bir daha göstəririk ki, ölkəmizə tamah edənlər ən ağır bədəlini ödəyəcək" deyib

  Türkiyə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini və partiya sözçüsü Ömər Çelik noyabrın 20-də sosial media hesabından “Pəncə-Qılınc” hava hərəkatı ilə bağlı yazıb: “Bir daha göstəririk ki, ölkəmizə tamah edənlər ən ağır bədəlini ödəyəcək".

“Sabah”: Altun “Terroru mənbəyində məhv etməyə davam edəcəyik" deyib

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun sosial media hesabından “Pəncə-Qılınc” hava hərəkatı ilə bağlı yazıb: “Terrorun və terroru dəstəkləyənlərin Türkiyədə sabitliyi pozmaq cəhdlərini puça çıxarmağa, terroru mənbəyində məhv etməyə davam edəcəyik”.

“Yeni Şafak”: Çavuşoğlu “88 ahıskalı, qardaş vətəninizə xoş gəldiniz” dedi

  Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin təşəbbüsü ilə Ukraynanın Xerson şəhərində qapalı vəziyyətdə qalan 88 ahıska türkünün ölkəyə gəldiyini bildirərək sosial media hesabından yazıb: “Ukraynanın Xerson şəhərində qapalı qalan, təşəbbüslərimizlə Rusiya və Gürcüstan vasitəsilə ölkəmizə gətirdiyimiz 88 ahıskalı qardaşımız, Vətənə xoş gəldin!

  Harada olurlarsa olsunlar, biz həmişə ahıskalı qardaşlarımızın yanındayıq və hər zaman da olacağıq!”



Әlaqәli Xәbәrlәr